Polkovnik-leytenant qəfil vəfat etdi - FOTO

13:19 19.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı dünyasını dəyişib.

Hafta.az xəbər verir ki, Quru Qoşunlarının zabiti, Vətən Müharibəsi iştirakçısı, 1983-cü il təvəllüdlü Zülfüqarov Seymur Ənvər oğlu ötən gün qəfil dünyasını dəyişib.

Onun məzuniyyətdə olarkən İsmayıllı rayonunda istirahət vaxtı ürəktutmadan vəfat etdiyi bildirilir.

Allah rəhmət eləsin!